10:14 23-06-2010
news_image
1020
DİGƏR NÖVLƏR

“Mundiala qatılan bəzi ölkələrin adlarını birinci dəfə eşidirəm”

“Futbola baxmağı xoşlayıram. Lakin bu dəfə Cənubi Afrika Respublikasında keçirilən mundialda Avropa komandalarının zəif çıxışı bu idman növünə marağımı azaldıb. Məsələn, dünya çempionatında bəzi ölkələrin adlarını birinci dəfə eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova deyib.

Aşumova güllə atıcılığı üzrə dünya çempionatının mundialla eyni vaxta düşməsindən də şikayətçidir: “Bizim idman növündə də dünya çempionatı 4 ildən 1 dəfə keçirilir. Bunun üçün həmişə mundialla üst-üstə düşür. Lakin bacardığım qədər oyunları izləməyə çalışıram. Təəssüf ki, hələ Azərbaycan yığma komandası bu səviyyəyə çatmayıb. Futbolçularımız bu uğura imza atsalar, sevindirici olar”.

Veteran idmançı bildirib ki, dünya çempionatının qalibi sürpriz komanda olacaq: “Cənubi Afrika Respublikasında mübarizə gərginləşsə də, çempionun adını proqnozlaşdırmaq çətindir. Fikrimcə, bu dəfə qalib adını qazanacaq yığma çox adamın inanmadığı komanda olacaq”.