10:21 23-06-2010
news_image
642
STOLÜSTÜ OYUNLAR

Rəcəbov çempionluq şansının üstündən xətt çəkir

Rumıniyada keçirilən XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun (2740) çempionluq şansı azalıb.

Son görüşdə ağ fiqurlarla Ruslan Ponomaryovla (Ukrayna, 2733) xalları yarı bölən həmyerlimiz lider Maqnus Karlsendən (Norveç, 2813) 2, Boris Gelfanddan (İsrail, 2741) 1 xal geri qalır. Yarışın başa çatmasına cəmi 2 tur qaldığından Rəcəbov oyunları qələbə ilə başa vurmalı və Karlsen və Gelfandın xal itirməsinə ümid bağlamalıdır.

VIII tur

Boris Gelfand (İsrail, 2741) – Maqnus Karlsen (Norveç, 2813) – 0,5:0,5
Teymur Rəcəbov (2740) - Ruslan Ponomaryov (Ukrayna, 2733) – 0,5:0,5
Van Yue (Çin, 2753) - Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) – 0:1


Qeyd edək ki, VIII turdan sonra aktivində 6 xalı olan Karlsen ən yaxın izləyicisi Gelfandı 1 xal qabaqlayır. 4 xalla üçüncü olan Rəcəbovu 3,5 xalla Nisipyanu izləyir. Son pillələrdə qərarlaşan Ponomaryovun 3, Yuenin isə 2,5 xalı var.

Yarışda bu gün istirahət günüdür.