23:02 23-06-2010
news_image
627
DİGƏR NÖVLƏR

3 idmançımız Belqrada getdi

İyunun 26-da Serbiyanın paytaxtı Belqradda güllə atıcılığı üzrə Dünya Kubokunun son mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Ruslan Lunyov, Nigar Bağırova və Mehriban Məcidova təmsil edəcəklər.

İyulun 4-dək keçiriləcək Dünya Kubokundan sonra atıcılarımızı daha mötəbər yarış gözləyir. Belə ki, iyulun 29-da başlayacaq dünya çempionatı həm də London-2012-yə lisenziya xarakteri daşıyacaq.

Qitənin mötəbər turnirində ilk altılığı tutacaq idmançılar birbaşa Olimpiadada iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, snayperlərimiz bu yarışda lisenziya qazana bilməsələr, Olimpiya Oyunlarına kimi Dünya kubokunun 8 mərhələsində və 3 Avropa çempionatında Londona “bilet axtarışında” olacaqlar.