20:16 24-06-2010
news_image
804
STOLÜSTÜ OYUNLAR

Rəcəbov çempionluq şansını itirdi

Rumıniyada keçirilən XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turnirində IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 6 zəka sahibinin mübarizə apardığı yarışda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2740) bu turda çinli Van Yue (Çin, 2753) ilə qarşılaşıb.

VIII turda ağ fiqurlarla Ruslan Ponomaryovla (Ukrayna, 2733) xalları yarı bölən həmyerlimiz bu dəfə də xal itkisi ilə üzləşdiyindən çempionluqla vidalaşıb.

IX tur

Maqnus Karlsen (Norveç, 2813) – Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) 0,5:0,5
Teymur Rəcəbov (2740) – Van Yue (Çin, 2753) - 0,5:0,5
Ruslan Ponomaryov (Ukrayna, 2733) – Boris Gelfand (İsrail, 2741) - 0,5-0,5


Turnir cədvəli: Karlsen - 6,5; Gelfand - 5,5; Rəcəbov - 4,5; Nisipyanu - 4; Ponomaryov 3,5, Yue 3.