10:17 25-06-2010
news_image
839
DİGƏR NÖVLƏR

Lent.az-ın 2 yaşı tamam olur


Lent.az İnformasiya Agentliyinin 2 yaşı tamam olur. 2008-ci il iyunun 25-də informasiya portalı kimi fəaliyyətə başlayan Lent.az qısa müddətdə böyük uğur qazanıb və Azərbaycanın aparıcı KİV-indən birinə çevrilib.

APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızının təşəbbüsü ilə yaradılan bu media strukturu hazırda ölkə xaricində də tanınır. Lent.az hər gün oxucularına ən müxtəlif sahələri əhatə edən xəbərlər, araşdırmalar, müsahibələr, məqalələr, müəllif yazıları çatdırır.

Həmkarlarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq.