Rəcəbov Rumıniyadan gümüşlə qayıdır
Rumıniyada keçirilən XX kateqoriyalı “Bazna Kings” beynəlxalq şahmat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2740) son turda Boris Gelfandı (İsrail, 2741) məğlub edərək, 5,5 xal toplayıb.
Qara fiqurlarla 30-cu gedişdə İsrail şahmatçısını mat edən təmsilçimiz rəqibi ilə eyni xal toplasa da, şəxsi görüşlərə görə ikinci yeri tutub.
Turnirin qalibi adı Karlsenə qismət olub. Gelfand isə üçüncülüklə barışıb.
X tur
Van Yue (Çin, 2753) - Maqnus Karlsen (Norveç, 2813) – 0:1
Boris Gelfand (İsrail, 2741) - Teymur Rəcəbov (2740) – 0:1
Liviu–Diter Nisipyanu (Rumıniya, 2672) - Ruslan Ponomaryov (Ukrayna, 2733) – 0:1
Turnir cədvəli: Karlsen 7,5; Rəcəbov, Gelfand – 5,5; Ponomaryov 4,5; Nisipyanu 4; Yue 3 xal.