09:53 29-06-2010
news_image
649
DİGƏR NÖVLƏR

Bağırova hədəfdən yayındı

Serbiyanın paytaxtı Belqradda start götürən güllə atıcılığı üzrə Dünya Kubokunun son mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan yığma komandası üçün uğurlu başlamayıb.

Belə ki, uzun fasilədən sonra hədəf önünə keçən Avropa mükafatçısı Nigar Bağırova final mərhələsinə yüksələ bilməyib. 10 metr məsafəyə atəş açmaqda 377 xal toplayan həmyerlimiz 37-ci olub.

Qeyd edək ki, iyulun 4-dək davam edəcək Dünya Kubokunda ölkəmizin idman şərəfini Ruslan Lunyov, Nigar Bağırova və Mehriban Məcidova qoruyurlar.