11:36 30-06-2010
news_image
539
STOLÜSTÜ OYUNLAR

FİDE prezidentliyinə 2 namizəd qeydiyyatdan keçdi

Beynəlxalq Şahmat Federasiyasında (FİDE) keçiriləcək prezident seçkilərinə namizədlərin qeydiyyatı başa çatıb. Apasport.az saytının məlumatına görə, sentyabrda Xantı-Mansiyskdə baş tutacaq seçkilərdə cəmi 2 nəfər mübarizə aparacaq.

Belə ki, Argentina, Meksika və Rusiya FİDE-nin hazırkı prezidenti Kirsan İlyumjinovun namizədliyini irəli sürüb. Fransa, Almaniya və İsveçrə isə dünya çempionu Anatoli Karpovu dəstəkləyib və bu postda onu görmək üçün sənədləri beynəlxalq quruma təqdim edib.

Qeyd edək ki, hər iki namizəd rusiyalıdır və bunun üçün seçkilərdə gərgin mübarizə gedəcək.