09:09 02-07-2010
news_image
1615
DİGƏR NÖVLƏR

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Bu gün idman jurnalistlərinin peşə bayramıdır. Apasport.az saytının məlumatına görə, 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb.

1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 86 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.