11:20 02-07-2010
news_image
833
STOLÜSTÜ OYUNLAR

Hüseynovdan son turda rəqibə gözəl “hədiyyə”

Mərakeşdə şahmat üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Aparport.az saytının məlumatına görə, 132 zəka sahibinin mübarizə apardığı yarışda Azərbaycanı təmsil edən Qədir Hüseynov çempion olmaq şansını son turda əldən verib. Belə ki, IX turda almaniyalı Georq Mayerlə üz-üzə gələn qrossmeysterimiz rəqiblə xalları yarı bölüb. Nəticədə Mayer 7,5 xalla ikinci pilləyə yüksəlib. Ondan 0,5 xal az toplayan Hüseynov isə 7 xalla əmsallara görə 7-ci yeri tutub.