12:30 02-07-2010
news_image
748
DİGƏR NÖVLƏR

İdmançımız beynəlxalq turnirdən kənarlaşdırıldı

Güllə atıcılığı üzrə Belqradda keçirilən Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycan yığmasının üzvü Ruslan Lunyov Serbiyada qəribə hadisə ilə üzləşib.

Belə ki, 50 metr məsafədən hədəf önünə keçən snayperimizin tapançası xarab olub. Nəticədə onu düzəltmək üçün kifayət qədər vaxt tələb olunduğunda Lunyov Dünya Kubokundan kənarlaşdırılıb.

Qeyd edək ki, yarışda Lunyov 10 məsafəyə atəş açmaqda 31-ci olmuşdu.