14:12 02-07-2010
news_image
875
STOLÜSTÜ OYUNLAR

Biri irəli, biri geri gedir, biri isə yerində sayır

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda Azərbaycan şahmatçılarından Teymur Rəcəbov və Rauf Məmmədov mövqelərini yaxşılaşdırıblar.

Belə ki, son cədvəldə 13-cü olan Rəcəbov (2748) 3 pillə irəliləyərək, ilk “onluğ”u qapayır. Məmmədov isə 5 rəqibini qabaqlayaraq, 2660 xalla 80-ci yerə yüksəlib.

Digər şahmatçılarımızdan Şəhriyar Məmmədyarov (2761) 6-cı pillədəki yerini qoruyub. Ondan fərqli, Vüqar Həşimov (2719) geriləyib. Son siyahıda 17-ci olan qrossmeysterimiz 26-cı yerə enib.

Reytinq cədvəlinə əvvəlki kimi norveçli Maqnus Karlsen başçılıq edir. 2-ci yer Veselin Topalova (2803), 3-cü yer isə Vişvanatan Ananda (2800) məxsusdur.