12:40 09-07-2010
news_image
755
DİGƏR NÖVLƏR

41 idmançımız imtahan vermədən ali məktəbə qəbul olunacaq

Ali məktəblərə müsabiqədənkənar daxil olan 41 nəfər dünya və Avropa çempionunun siyahısı təsdiqlənib. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin şəxslər İdman və Bədən Tərbiyəsi Akademiyasına daxil olublar. Bundan əlavə, 6 nəfər Bakı Musiqi Akademiyasına daxil olmaq üçün tələb olunan qabiliyyət imtahanından azad edilib.