11:40 12-07-2010
news_image
509
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov Almaniyaya yollandı

İyulun 15-də Almaniyanın Dortmund şəhərində şahmat üzrə beynəlxalq “Sparkassen” turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, bu mötəbər turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov (2761) təmsil edəcək.

Yarışda həmyerlimizlə yanaşı, Vladimir Kramnik (Rusiya, 2790), Ruslan Ponomaryov (Ukrayna, 2734), Peter Leko (Macarıstan, 2734), Arkadi Naydiç (Almaniya, 2684) və Le Kuanq Lyem (Vyetnam, 2681) də qüvvəsini sınayacaq.

Qrossmeysterimiz ilk turda ev sahiblərinin şahmatçısı Naydiçlə üz-üzə gələcək. Rəqibinə qarşı qara fiqurlarla oynayacaq təmsilçimiz reytinqinə görə “Sparkassen”in ikinci ən güclü zəka sahibidir.

Qeyd edək ki, turnirə iyulun 25-də yekun vurulacaq.