08:59 13-07-2010
news_image
737
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığmasının Olimpiada üçün heyəti açıqlandı

Sentyabrın 19-da Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək Dünya Şahmat Olimpiadasında Azərbaycanı təmsil edəcək zəka sahiblərinin adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəmiz bu mötəbər yarışda 10 şahmatçı ilə təmsil olunacaq. Belə ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədov mübarizə aparacaqlar. Rusiyaya yollanacaq qadınlardan ibarət millimizdə isə Türkan və Zeynəb Məmmədyarovalar, Nərgiz Umudova, Xəyalə İsgəndərova və Gülnar Məmmədova yer alacaqlar.

Qeyd edək ki, oktyabrın 4-ə kimi davam edəcək yarışda Dünya Şahmat Olimpiadasında yeni rekord müəyyənləşə bilər. Bu il turnirdə 2500 zəka sahibi iştirak etmək arzusundadır. Artıq 150 ölkə kişi, 131 ölkə isə qadın komandalarının sifariş ərizələrini təqdim edib. Komandaların yekun sayı isə iyulun 15-də dəqiqləşəcək.