09:27 14-07-2010
news_image
618
STOLÜSTÜ OYUNLAR

Eltac xal itirsə də, üçüncü pilləyə yüksəldi

İspaniyada keçirilən şahmat üzrə beynəlxalq “Vilya-de-Benaske” turnirində VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk 5 oyunda məğlub olmayan Eltac Səfərli (2603) bu turda xal itkisi ilə üzləşib. Qara fiqurlarla bolqarıstanlı Kiril Georgiyevlə (2675) qarşılaşan zəka sahibimiz rəqibi ilə xalları yarı bölüb - 0,5:0,5.

Bu turdan sonra 39 ölkədən 505 şahmatçının mübarizə apardığı yarışda vahid lider müəyyənləşib. 6-cı görüşünü qələbə ilə başa vuran Aleksandr Fier (Braziliya, 2570) 1-ci yerə yüksəlib. Səfərlinin isə aktivində 6 rəqibi ilə birlikdə 5,5 xalı olsa da, o, əmsallara görə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, şahmatçımız VII turda yenə də əsas rəqiblərindən sayılan meksikalı Manuel Leon Hoyosla (2556) üz-üzə gələcək. Həmyerlimizlə eyni xala malik Hoyos üzərində qazanılacaq qələbə Səfərlinin mükafatçılar sırasında yer almasına gözəl şans yaradacaq.