10:13 16-07-2010
news_image
640
STOLÜSTÜ OYUNLAR

Erməni şahmatçı ilə heç-heçə Səfərlini ikinci pilləyə yüksəltdi

İspaniyada keçirilən şahmat üzrə beynəlxalq “Vilya-de-Benaske” turnirində VIII turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu turda Eltac Səfərli (2603) əsas rəqiblərindən olan erməni Hrant Melkumyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan həmyerlimiz çətin keçən görüşdə heç-heçə ilə kifayətlənib.

Bu turdan sonra aktivində 7 xalı olan Səfərli əmsallara görə ikinci pilləyə yüksəlib. O, birinci yerin sahibi bolqarıstanlı Kiril Georgievdən (2675) 0,5 xal geri qalır.

Qeyd edək ki, bu gün 39 ölkədən 505 şahmatçının mübarizə apardığı turnirdə şahmatçımız 3 yerdə qərarlaşan rusiyalı Vladimir Burmakinlə (2605) üz-üzə gələcək.