15:43 16-07-2010
news_image
716
DİGƏR NÖVLƏR

Cıdır Meydanında 8 min manatlıq mübarizə

İyulun 17-də Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə cıdır yarışları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnir səkkiz kateqoriya üzrə baş tutacaq. Hər kateqoriyaya uyğun olaraq müxtəlif cıdır məsafələri olacaq. Bu cıdır yarışlarında jokeylər öz məharətlərini Qarabağ, Dilbaz, İngilis və Ərəb cins atlarında göstərəcəklər.

Birincilikdə əlli at və iyirmi jokey iştirak edəcək. Cıdır yarışının ümumi mükafat fondu 8 min manatdır. Yarışda tamaşaçı kimi iştirak edənlərə pulsuz olaraq uduşlu biletlər paylanacaq və qalib tamaşaçılara qiymətli hədiyyələr veriləcək.