13:22 17-07-2010
news_image
828
DİGƏR NÖVLƏR

Serena Uilyams avtomobil qəzasında yaralandı

Dünyanın qadın tennisçiləri sırasında birinci olan Serena Uilyams avtomobil qəzasına düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ABŞ-da keçirilən yığma komandaların liqa yarışlarının dördüncü günündə “Vaşinqton Kastles”lə oyundan sonra baş verib.

Qəzada ayaqlarına şüşə qırıqları girən 28 yaşlı Uilyams ciddi xəsarət alıb. Həkimlər onun növbəti 3 yarışda iştirak etməyəcəyini bildiriblər.

Qeyd edək ki, amerikalı tennisçi bu səbəbdən beynəlxalq İstanbul kubokundan da imtina edib.