08:40 19-07-2010
news_image
567
STOLÜSTÜ OYUNLAR

Həmyerlimiz “Vilya-de-Benaske” turnirindən gümüşlə qayıdır

İspaniyada keçirilən şahmat üzrə beynəlxalq “Vilya-de-Benaske” turnirinin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son turda ağ fiqurlarla almaniyalı Bernd Konlueyerə qalib gələn Eltac Səfərli (2603) yekunda 8,5 xal toplayıb.

Həmyerlimiz nəticədə yarışı ikinci pillədə başa vurub. Onunla bərabər Kiril Georgiyevin də (2675) 8,5 xalı olsa da, bolqarıstanlı şahmatçı əlavə əmsallara görə turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, 10 turdan ibarət “Vilya-de-Benaske”də 39 ölkədən 505 şahmatçı mübarizə aparırdı.