09:11 19-07-2010
news_image
830
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə oynadı

Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə beynəlxalq “Sparkassen” turniri davam edir. Apasport.az saytının məlumatına görə, ilk 3 turda məğlubiyyətsiz irəliləyən Şəhriyar Məmmədyarov (2761) son görüşdə də şahını qoruya bilib. Ağ fiqurlarla dünya çempionu Vladimir Kramnikə (Rusiya, 2790) qarşı mübarizə aparan qrossmeysterimiz heç-heçə ilə kifayətlənib.

Digər görüşlərdə vyetnamlı Le Kuanq Lyem (2681) gözlənilmədən Ruslan Ponomaryova (Ukrayna, 2734) qalib gəlib. Arkadi Naydiç (Almaniya, 2684) və Peter Leko (Macarıstan, 2734) arasındakı qarşılaşma isə sülhlə başa çatıb.

IV turdan sonra turnir cədvəlinə 3 xalla Məmmədyarov başçılıq edir. Ondan 0,5 xal az toplayan Ponomaryov ikinci yeri tutur. Üçüncü pillədə aktivində 2 xalı olan Lyem qərarlaşıb. Hələ də qələbəyə həsrət olan Kramnik, Leko və Naydiç isə 4-6-cı yerləri bölüşürlər.

IV tur

Ruslan Ponomaryova (Ukrayna, 2734) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761)
Peter Leko (Macarıstan, 2734) - Le Kuanq Lyem (2681)
Vladimir Kramniklə (Rusiya, 2790) - Arkadi Naydiç (Almaniya, 2684)


Qeyd edək ki, IV turda Məmmədyarov qara fiqurlarla Ponomaryovla qarşılaşacaq.