09:03 20-07-2010
news_image
683
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Ruslan Ponomaryova uduzdu

Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə beynəlxalq “Sparkassen” turnirində I dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk 4 turda məğlub olmayan Şəhriyar Məmmədyarov (2761) son qarşılaşmada uğursuz çıxış edib. Belə ki, V turda qara fiqurlarla Ponomaryovla qarşılaşan həmyerlimiz 51-ci gedişdə uduzub.

Digər oyunlarda dünya çempionu Vladimir Kramnik (Rusiya, 2790) Arkadi Naydiçi (Almaniya, 2684), Le Kuanq Lyem (2681) isə Peter Lekonu (Macarıstan, 2734) məğlub edib.

V turdan sonra turnir cədvəlində lider dəyişikliyi də baş verib. Məmmədyarova qalib gələn Ponomaryov 3,5 xalla birinci pilləyə yüksəlib. Məmmədyarov isə Lyemlə birgə 2-3-cü yerləri bölüşür. Aktivində 2,5 xalı olan Kramnik 4-cü, Leko və Naydiç (1,5 xal) isə 4-6-cı yerləri tuturlar.

Qeyd edək ki, bu gün “Sparkassen” turnirində istirahət günüdür. VI turda qrossmeysterimiz qara fiqurlarla Naydiçə qarşı oynayacaq.