14:15 20-07-2010
news_image
861
DİGƏR NÖVLƏR

London-2012 üçün son şans

İyulun 25-31-də Malayziyanın paytaxtı Kuala-Lumpurda pauerliftinq üzrə paralimpiyaçılar arasında dünya çempionatı keçiriləcək. Azərbaycan Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yarışda baş məşqçi Vaqif Müsəddiqin rəhbərliyi altında 3 idmançımız qüvvəsini sınayacaq. Dünya çempionatında Məhərrəm Əliyev, Xəzər Namazov və Elşən Hüseynov səfərdə Azərbaycan himnini səsləndirməyə çalışacaqlar.

Qeyd edək ki, Malayziyada baş tutacaq birincilik 2012-ci ildə Londonda keçiriləcək Paralimpiya oyunlarına lisenziya verəcək son yarışdır. Yığmamız burada uğur qazana bilməsə Paralimpiadada bu növdə təmsil olunmaqdan məhrum olacaq.