08:55 23-07-2010
news_image
698
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov Lekonu mat qoydu

Almaniyanın Dortmund şəhərində keçirilən şahmat üzrə beynəlxalq “Sparkassen” turnirində VII turun görüşlərinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk dövrədə Peter Leko (Macarıstan, 2734) ilə heç-heçə edən Şəhriyar Məmmədyarov (2761) bu turda ağ fiqurlarla rəqibinə qalib gəlib.

Digər görüşlərdə Vladimir Kramnik (Rusiya, 2790) Ruslan Ponomaryovla (Ukrayna, 2734), Arkadi Naydiç (Almaniya, 2684) isə Le Kuanq Lyemlə (2681) “sülh” bağlayıb.

VII turdan sonra Ponomaryov 4,5 xalla birinci pillədəki yerini qoruyub. Ondan 0,5 xal az toplayan Məmmədyarov və Lyem 2-3-cü pillələri bölüşürlər. Dördüncü yerdə olan dünya çempionu Kramnikin 3,5 xalı var. Son 2 pillədə isə Naydiç (3 xal) və Leko (2 xal) qərarlaşıblar.

Qeyd edək ki, bu gün keçiriləcək VIII turda qrossmeysterimiz qara fiqurlarla Lyemə qarşı oynayacaq.