11:26 23-07-2010
news_image
612
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovalardan uğurlu start

Yunanıstanda şahmat üzrə beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, 229 zəka sahibinin mübarizə apardığı yarışda Azərbaycanı Zeynəb və Türkan Məmmədyarovalar təmsil edirlər.

Turnirin ilk günü bacılar üçün uğurlu olub. Birinci turda ev sahibləri ilə qarşılaşan Türkan Zeodoros Kalogridikası, Zeynəb isə Eleni Kokkotanıyə qalib gəliblər.

Qeyd edək ki, 9 tur davam edəcək yarışa iyulun 29-da yekun vurulacaq.