12:46 24-07-2010
news_image
902
FUTBOL

Ronaldo karyerasını bitirə bilər

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo karyerasını bitirə bilər. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçunun bu addımı atmasına zədələr səbəb olacaq. Ronaldonun həkimi Hoakim Qrava da bunun vacibliyini düşünür: “Ronaldonun bəxti gətirmir. Zədələrin ardıcıllığı ona özünü göstərmək imkanı vermir. Gah bir, gah da digər yeri zədələnir. “Korintians”da aldığı son zədədən sonra isə o, tam bərpa olunmalıdır. Əks halda Ronaldo futboldan getməlidir”.

Qeyd edək ki, dünya çempionatları tarixinin ən yaxşı qolçusu olan futbolçu hazırda çıxış etdiyi Braziliyanın “Korintians” komandasında aldığı növbəti zədədən sonra bərpa prosesi keçir.