08:47 26-07-2010
news_image
687
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov “Sparkassen”də mükafatsız qaldı

Almaniyanın Dortmund şəhərində keçirilən “Sparkassen” beynəlxalq şahmat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Şəhriyar Məmmədyarov (2761) son turda dünya çempionu Vladimir Kramniklə (Rusiya, 2790) qarşılaşıb. O, bu görüşdə uduzaraq, rusiyalı rəqibinin autsayderlər qrupundan çıxmasına “kömək” edib.

Digər görüşlərdə Ruslan Ponomaryov (Ukrayna, 2734) Le Kuanq Lyemlə (Vyetnam, 2681) heç-heçə edib, Peter Leko (Macarıstan, 2734) isə Arkadi Naydiçə (Almaniya, 2684) qalib gəlib.

Beləliklə, 10 turdan sonra 6,5 xalla Ponomaryov “Sparkassen”in çempionu adını qazanıb. Turnirin gümüş mükafatı Lyemə (5,5 xal) qismət olub. Kramnik və Məmmədyarov 5 xalla növbəti 2 pillədə qərarlaşıb. Son yerləri isə Leko və Naydiç (4 xal) tutub.