15:43 27-07-2010
news_image
795
DİGƏR NÖVLƏR

İdmançımız Avropa çempionatına uğursuz başladı

İspaniyanın Barselona şəhərində start götürən atletika üzrə Avropa çempionatı Azərbaycan idmançıları üçün uğursuz başlayıb. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin ilk günündə çəkicatma yarışlarında qüvvəsini sınayan Dmitri Marşin mükafatçılar sırasına düşə bilməyib.

Belaruslu legionerimizin 3 cəhddə ən yaxşı göstəricisi 72.43 metr olub ki, bu da 17-ci yeri tutması ilə nəticələnib.

İspaniyada 5 milliləşdirilmiş legionerlə iştirak edən Azərbaycan yığmasının heyətində Hayle İbrahimov, Telahun Əliyev, Layeş Abdullayeva və Gezaşin Səfərova qarşıdakı günlərdə finiş xəttinə çıxacaqlar. Təmsilçilərimiz uzun məsafələrə qaçışda qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, avqustun 1-də yekun vurulacaq Avropa çempionatında 50 ölkədən 1500-dən artıq atlet mübarizə aparır.