23:16 28-07-2010
news_image
656
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov qalibi olduğu yarışa gedir

Şəhriyar Məmmədyarov Almaniyada keçiriləcək beynəlxalq şahmat turnirinə dəvət alıb. Apasport.az saytının xəbərinə görə, həmyerlimizin iştirak edəcəyi "Chess Classic Mainz" turniri avqustun 6-8-də Maynts şəhərində baş tutacaq.

Sürətli şahmat üzrə olmaqla hər il keçirilən turnirdə Şəhriyarın müəyyən qədər təcrübəsi var. Belə ki, həmyerlimiz ötən il keçirilən anoloji turnirin qalibi olub. Maynts turnirində Şəhriyarla yanaşı, daha bir həmyerlimizin - reytinq cədvəlində 28-ci olan Vüqar Həşimovun da iştirakı gözlənilir.

Mənbə: “Ekspressfutbol” qəzeti