09:52 30-07-2010
news_image
607
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovalardan uğursuz sonluq

Yunanıstanın Paleoxora şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Zeynəb və Türkan Məmmədyarova bacıları mükafatçılar sırasında yer ala bilməyiblər.

Son turda ukraynalı Vladislav Borovikovla qarşılaşan Türkan rəqibinə uduzaraq, turniri 5,5 xalla 43-cü yerdə başa vurub. Zeynəb bacısından fərqli, Andrey Orlovla (Rusiya) xalları yarı bölüb. O da yekunda Türkan kimi 5,5 xal toplayıb və əmsallara görə 56-cı yeri tutub.

Qeyd edək ki, 229 zəka sahibinin iştirak etdiyi yarışın qalibi adını 7,5 xalla Yuri Krivoruçko (Ukrayna) qazanıb.