11:55 31-07-2010
news_image
819
STOLÜSTÜ OYUNLAR

FİDE prezidenti: Şəhriyar Məmmədyarovun bəxti gətirib

“Şahmatda iddiaçıların oyunlarının keçiriləcəyi yerlə bağlı məsələni artıq uzatmaq olmazdı. Çətin ki, Sofiya maliyyə təminatını təqdim edə bilərdi. Kazan isə bunu etdi. Bildiyiniz kimi, son ana qədər oyunların Bakıda keçirilməsi ilə bağlı məsələni həll etməyə çalışırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri FİDE prezidenti Kirsan İlyumjinov deyib. O bildirib ki, əvvəl nəzərdə tutulduğu kimi iddiaçılar arasında görüşləri Bakıda keçirməyə çalışsalar da, sonda Kazana seçməli olublar: “Turniri Bakıda yox, başqa yerdə keçirməli olmağımız aydınlaşandan sonra çıxış yolu axtarmağa başladıq. Rusiya Şahmat Federasiyasının matçları Kazanda keçirmək təklifini FİDE-nın prezident şurası tərəfindən ürəklə qəbul olundu. Üstəlik, 2013-cü ildə Kazanda ümumdünya yay universiadası keçiriləcək. Bonun proqramına şahmat yarışları da daxildir. Hər şeydən öncə Kazanda yaxşı şahmat ənənələri var. Tezliklə orada beynəlxalq şahmat akademiyası açılacaq”.

Kazana gəlməkdən imtina edən bolqar şahmatçı Veselin Topalov bunu İlyumjinova açıq məktubunda göstərib. Sabiq dünya çempionunun meneceri Silvio Danailov da turnirin Rusiyada keçirildiyi halda, Azərbaycandan olan nominant – beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovda iştirak edəcəyindən narazı qalıb. FİFA prezidentin sözlərinə görə, Məmmədyarovun sadəcə, bəxti gətirib: “Mükafat fondunu Rusiya Şahmat Federasiyası təmin edib. Prezident Şurasında elan olundu ki, bu, 500 min avrodan az olmayacaq. Mən Azərbaycan Şahmat Federasiyasına minnətdaram. Qurum turnirin Bakıda keçirilməyəcəyinə anlayışla yanaşdı. Əvvəl belə razılaşmışdıq ki, Azərbaycandan nominant olacaq və vəziyyət dəyişəndən sonra qərarımızı geri verməyi yaxşı saymadıq. Bu, FİDE və Azərbaycan rəhbərliyi arasında qurulan yaxşı münasibətlərə ziyan vura bilərdi. Bu faktı yüksək qiymətləndiririk ki, dövlət başçısı İlham Əliyev ölkədə şahmatın inkişafı ilə bağlı 5 illik dövlət proqramını imzalayıb”.