18:41 31-07-2010
news_image
1381
STOLÜSTÜ OYUNLAR

Həmyerlimiz dünya çempionu oldu

Azərbaycan şahmatçısı Xanım Balacayeva Türkiyənin Kayseri şəhərində keçirilən məktəblilər arasında sayca 6-cı dünya çempionatında qızıl medal qazanıb. Şahmat Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 9 yaşadək qızlar arasında çıxış edən Qax şahmatçısı 9 mümkün xaldan 7,5 xal toplayaraq, dünya çempionu olub.

Onunla birgə rusiyalı şahmatçı Alexandra Obolentseva da eyni miqdarda xal toplasa da, həmyerlimiz əlavə əmsallarda rəqibini üstələyib.

Oğlan şahmatçılarımızdan Vüqar Əsədli 9 yaşlıların mübarizəsində 6,5 xalla 5-ci, Çingiz Qasımov isə 11 yaşlıların yarışında 6 xalla 10-cu yeri tutub.