Şahmatçılarımız Çexiyadan medalsız qayıdırlar
Çexiyada keçirilən beynəlxalq şahmat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 4 şahmatçı ilə təmsil olunan Azərbaycan yığmasının heyətində ən yaxşı nəticəni Eltac Səfərli göstərib.
O, 6,5 xal toplayaraq əmsallara görə 11-ci yeri tutub. Komandamızın digər üzvü Vasif Durarbəyli də eyni xalla 20-ci pillədə qərarlaşıb. 5,5 xal toplayan Cahangir Ağamirov 72-ci, ondan 0,5 xal az toplayan Anar Allahverdiyev isə 89-cu yerlə kifayətlənib.
Qeyd edək ki, turnirdə 308 zəka sahibi 9 turda qüvvələrini sınayıblar.