09:14 03-08-2010
news_image
759
DİGƏR NÖVLƏR

İdmançımız dünya çempionatına buraxılmayıb?

Almaniyanın Münhen şəhərində start götürən atıcılıq üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışa 13 snayperlə (7 stend, 6 güllə atıcılığı) qatılan Azərbaycan yığması ümidləri doğrultmur.

Komandamızın heyətində hədəf önünə keçən Ruslan Lunyov ilk cəhdində 67-ci yeri tutub. 50 metr məsafəyə atəş açmaqda bəxti gətirməyən təmsilçimiz bu gün 10 metr məsafəni nişan almaqda da gücünü bir daha yoxlayacaq.

Digər idmançımız Mehriban Məcidova isə 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmada hədəf önünə qeyri-müəyyən səbəbdən çıxmayıb.

Qeyd edək ki, dünya çempionatı avqustun 11-də başa çatacaq.