Nicat Məmmədov serbiyalı şahmatçını mat qoydu
Yunanıstanın Kavala şəhərində keçirilən beynəlxalq şahmat turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycan yığmasının üzvü Nicat Məmmədov IV turu qələbə ilə başa vurub. Həmyerlimiz qara fiqurlarla serbiyalı Pap Misanı məğlub edib.
IV turdan sonra aktivində 3 xalı olan Məmmədov 17-ci pillədə qərarlaşıb. O, bu gün eyni xala malik Yuri Yakoviçlə (Rusiya) qarşılaşacaq.