10:24 04-08-2010
news_image
566
DİGƏR NÖVLƏR

4 idmançımız dünya çempionatında mübarizəni dayandırdı

Almaniyanın Münhen şəhərində keçirilən atıcılıq üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 13 snayperlə mübarizə apardığımız yarışda 4 idmançımız çıxışını dayandırıb.

Belə ki, kiçikçaplı tapançadan 50 metr məsafəyə atəş açmaqda 67-ci olan Ruslan Lunyov 10 metr məsafədən hədəfi nişan almaqda 92-ci olub. Eyni məsafədə mübarizə aparan Rəsul Məmmədov isə 78-ci yeri tutub.

Stend atıcılığı yarışlarında da 2 snayperimizin gülləsi hədəfdən “yan” keçib. Trap növündə qüvvəsini sınayan Elçin Babayev 128-ci, Elvin İsmayılov isə sonuncu – 157-ci pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, dünya çempionatı London-2012-yə lisenziya xarakteri daşıyır və avqustun 11-də başa çatacaq.