10:24 08-08-2010
news_image
832
STOLÜSTÜ OYUNLAR

Heç-heçə Məmmədova düşmədi

Yunanıstanın Kavala şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Nicat Məmmədov son turda ağ fiqurla heç-heçə etdiyindən, mükafatçılar sırasına düşmək şansını itirib. Rusiyalı Sergey Zablotski ilə xalları yarı bölən həmyerlimiz 6,5 xalla 5-ci yeri tutub. Turnirin qalibi adına ondan 0,5 xal çox toplayan Adam Taxayev (Ukrayna) layiq görülüb.