11:37 08-08-2010
news_image
816
DİGƏR NÖVLƏR

Olimpiya çempionumuzun finala yüksəlməsi üçün 1 xalı çatmadı

Almaniyanın Münhen şəhərində keçirilən atıcılıq üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatna görə, yarışda iştirak edən Azərbaycan snayperləri hələ də medal həsrətindədirlər.

Stend atıcılığının skit növündə hədəf önünə keçən Olimpiya çempionumuz Zemfira Meftahəddinova finala yüksəlməyə yaxın olsa da, sonda bu baş tutmayıb. Rəqiblərindən 1 xal az toplayan təmsilçimiz ilk altılıqda yer ala bilməyib və London-2012-yə lisenziya verən dünya çempionatını 8-ci pillədə başa vurub. Onun komanda yoldaşı Nurlana Cəfərova 46-cı yeri tutub. Gənclərin mübarizəsində qüvvəsini sınayan Regina Meftahəddinova isə 23-cü olub.

Qeyd edək ki, dünya çempionatı avqustun 11-də başa çatacaq.