09:33 09-08-2010
news_image
841
STOLÜSTÜ OYUNLAR

1 məğlubiyyət və 20-ci yer

Norveçin Tromse şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin idman şərəfini Fərid Abbasov qoruyub. 31 yaşlı zəka sahibimiz 9 turda 1 dəfə məğlub olsa da, 6 xalla 20-ci yeri tutub. O, digər 8 görüşdə 4 qələbə qazanıb, 4 heç-heçə edib. Turnirin qalibi adına isə Mixail Kobalya (Rusiya) layiq görülüb.