16:42 09-08-2010
news_image
617
DİGƏR NÖVLƏR

6 günlük yürüş uğurla başa çatdı

Quba rayonunun Qrız-Dəhnə kəndində başlayan Azərbaycan-Norveç skautlarının birgə yürüşü müvəffəqiyyətlə başa çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından apasport.az saytına verilən məlumata görə, yürüşün birinci gününün tapşırığı kifayət qədər çətin olsa da, qarşıya qoyulan məqsədə nail olunub. Alpçəmənlik ilə şaquli xətt üzrə 900 metr yüksəklik yığaraq yaylaya qalxma tapşırığı uğurla icra edilib. Təcrübəsizliyə baxmayaraq, bütün uşaqlar sınaqdan əla göstərici ilə çıxıblar və saat 11-də plan üzrə ilk düşərgə salınıb. Yürüş çərçivəsində Qrızın cavanları ilə futbol üzrə yoldaşlıq oyunu da təşkil olunub. Norveçlilər hədiyyə olaraq uşaqlara futbol topları bağışlayıblar. Yürüş 6 gün davam edib və Quba rayonunun Qrız-Dəhnə kəndində başa çatdırılıb.

Qeyd edək ki, sözügedən dağ yürüşü hər kəsin həyatında ilk dəfə idi təşkil olunurdu.