08:47 10-08-2010
news_image
581
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçımız dünya çempionatında 45-ci oldu

Almaniyanın Münhen şəhərində keçirilən atıcılıq üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın son günü Olimpiya mükafatçımız İradə Aşumova mübarizəyə qoşulub. 25 metr məsafəyə atəş açmaqda qüvvəsini sınayan həmyerlimiz çıxışını uğursuz başa vurub. Cəmi 575 xal toplayan Aşumova 45-ci yeri tutub. Dünya çempionu adına isə 788,8 xalla rusiyalı Kira Klimova layiq görülüb.

Qeyd edək ki, London Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatına sabah yekun vurulacaq.