23:33 13-08-2010
news_image
757
STOLÜSTÜ OYUNLAR

Məşhur ABŞ şahmatçısı Bakıya gəlir

Avqustun 22-də "AF Otel"də şahmat üzrə ənənəvi "Baku Open-2010" beynəlxalq turniri start götürəcək. Apasport.az saytının xəbərinə görə, mükafat fondu 60 min dollar olan bu turnirin qalibi isə reqlamentə görə 10 minə sahib çıxacaq. 134 şahmatçının iştirakı gözlənilən turnirdə Azərbaycanın üzdə olan şahmatçıları - Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Fərid Abbasov, Azər Mirzəyev, Rəsul İbrahimov, Vasif Durarbəyli və Hamiq Quliyevlə yanaşı, Qata Kamski (ABŞ), Emil Sutovski (İsrail), Yevgeni Miroşniçenko (Ukrayna) və Aleksey Aleksandrov (Belarus) mübarizə aparacaq. Turnirin reytinq-favoriti Kamskidir.