23:36 13-08-2010
news_image
901
STOLÜSTÜ OYUNLAR

1 addım geridə

Yunanıstanın Halkide şəhərində şahmat üzrə keçirilən "Heqropontena-2010" ənənəvi beynəlxalq turnirində daha bir turun oyunlarına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, 4-cü tur yarışda ölkəmizi təmsil edən Hicat Məmmədov üçün uğurlu olub. Yunan Dmitros Komas-Lekasa qarşı qara fiqurlarla oynayan həmyerlimiz görüşü qələbə ilə başa vurub. 4 turdan sonra 3 xal qazanan Hicat liderdən 1 xal geridə qalır.