22:18 16-08-2010
news_image
611
STOLÜSTÜ OYUNLAR

Ən yaxşı nəticəni Məmmədova göstərdi

Şahmat üzrə 20 yaşlı oğlan və qızlar arasında keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan şahmatçılarının çıxışı uğurlu alınmayıb. Yığmamızın heyətində ən yaxşı nəticəni Gülnar Məmmədova (2260) göstərib. Həmyerlimiz qızların mübarizəsində 13 görüşdə 8,5 xal toplayaraq 6-cı yeri tutub. Xəyalə Abdulla (2193) isə çempionatı 7 xalla 28-ci yerdə başa vurub.

Oğlan şahmatçıların yarışında Eltac Səfərli (2603) komanda yoldaşlarını qabaqlamağı bacarıb. 8,5 xal toplayan zəka sahibimiz 15-ci yeri tutub. Digər təmsilçilərimiz – Vasif Durarbəyli (2501) və Vüqar Rəsulov (2442) 7,5 xalla 28-29-cu yerləri bölüşüblər. Onlardan 1 xal az toplayan Ülvü Bacarani (2409) isə 58-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, qızlar arasında 11 xalla sloveniyalı Anna Maziçuk (2527), oğlanlar arasında isə 10 xalla rusiyalı Dmitri Andreykin (2650) dünya çempionu adını qazanıb.