23:21 16-08-2010
news_image
854
DİGƏR NÖVLƏR

Azərbaycan İtaliya yığmasını geridə qoydu

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının ikinci günü başa çatıb. Apasport.az saytının məlumatına görə, arxada qalan 2 gündə 16 dəst medal öz sahibini tapıb.

Medal qazanan ölkələrin siyahısına Rusiya yığması başçılıq edir. Şimal qonşularımız 4 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Rusları 8 medalla (4 qızıl, 3 gümüş və 1 bürünc) Çin idmançıları izləyirlər. Üçüncü yerdə Azərbaycan komandası qərarlaşıb. İdmançılarımız 3 qızıl medalla İtaliya (2 qızıl və 3 gümüş) və Avstraliya (2 qızıl, 2 gümüş və 1 bürünc) yığmalarını qabaqlayırlar.

Qeyd edək ki, yığmamızın heyətində Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq) və Patimat Baqometova (52 kq) qızıl medala sahib olublar.