09:49 21-08-2010
news_image
1038
STOLÜSTÜ OYUNLAR

Erməni üzərində qələbə ilə bürünc medal

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, 12 ölkədən 26 zəka sahibinin mübarizə apardığı yarış Azərbaycan yığması üçün uğurla başa çatıb.

Belə ki, son turda ağ fiqurlarla erməni Avetik Qriqoryana qalib gələn Sərxan Quliyev rəqibini qabaqlayaraq, 6 xalla üçüncü pilləyə yüksəlib. O, ikinci yerin sahibi gürcü Zurab Sturuadan yalnız əmsallara görə geri qalıb.

Turnirdə iştirak edən digər təmsilçimiz – Qədir Hüseynov da son görüşünü qələbə ilə başa vurub. Yerli şahmatçı Məhəmməd Xourini mat edən həmyerlimiz 5,5 xalla 8-ci yeri tutub.

Qeyd edək ki, yarışın qalibi adını 6,5 xalla Anton Korobov (Ukrayna) qazanıb.