12:33 25-08-2010
news_image
1072
DİGƏR NÖVLƏR

Azərbaycan yığması Olimpiadada çıxışını başa vurdu

Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları davam etsə də, Azərbaycan idmançıları çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, 12 idmançı ilə yarışa qatılan yığmamız 5 qızıl və 3 gümüş medal qazanıblar.

Olimpiadada milli komandamızın heyətində Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq), Əli Maqomedabirov (100 kq) qızıl, Kənan Quliyev (54 kq), Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) gümüş medala yiyələniblər.

Qeyd edək ki, sabah başa çatacaq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında həmvətənlərimizdən Cəlil Cəlilov (66 kq), Səbuhi İsmayılzadə (73 kq), Şaban Şahpələngov (51 kq) və Radoslav Kutsev mükafatçılar sırasına düşə bilməyiblər.