16:29 26-08-2010
news_image
1706
DİGƏR NÖVLƏR

Azərbaycan - qitədə 6-cı, dünyada 11-ci!

Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 205 ölkədən 3600 idmançının qatıldığı yarış Azərbaycan yığması üçün uğurla başa çatıb.

Belə ki, 12 nəfərlə Olimpiadada iştirak edən komandamız medal qazanan ölkələrin siyahısında 11-ci yeri tutaraq, ABŞ, Almaniya, Böyük Britaniya və digər aparıcı idman ölkələrini qabaqlamağı bacarıb.

Müqayisə üçün bildirək ki, yığmamız keçmiş SSRİ ölkələrindən yalnız Rusiya və Ukraynadan geri qalıb. Ermənistan isə yarışda çempionluq sevinci yaşamayıb. Onlar 1 gümüş və 3 bürünc medalla 68-ci olublar.

Komandamız Avropa ölkələri arasında isə 6-cı nəticəni göstərib. İdmançılarımızı Rusiya, Ukrayna, İtaliya, Macarıstan və Fransa milliləri qabaqlayıblar.

Medal qazanan ölkələr arasında 1-ci yeri Çin atletləri tutublar. Onlar 30 qızıl, 16 gümüş və 5 bürünc medala sahib olublar. 45 medal (19 qızıl, 15 gümüş və 11 bürünc) qazanan Rusiya ikinci, 20 dəfə fəxri kürsüyə yüksələn (11 qızıl, 5 gümüş və 4 bürünc) Cənubi Koreya yığması isə üçüncü olub.

Qeyd edək ki, Olimpiadada milli komandamızın heyətində Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq), Nicat Rəhimov (69 kq), Əli Maqomedabirov (100 kq) qızıl, Kənan Quliyev (54 kq), Salman Əlizadə (48 kq) və Elvin İsayev (57 kq) gümüş medala yiyələniblər.

Ölkələr

Qızıl

Gümüş

Bürünc

Cəmi

1. Çin

30

16

5

51

2. Rusiya

19

15

11

45

3. Cənubi Koreya

11

5

4

20

4. Ukrayna

10

9

14

33

5. Kuba

9

3

2

14

6. Avstraliya

8

13

8

29

7. Yaponiya

8

5

3

16

8. İtaliya

6

9

5

20

9. Macarıstan

6

4

6

16

10. Fransa

6

2

7

15

11. AZƏRBAYCAN

5

3

-

8

12-13. Almaniya

4

9

9

22

12-13. ABŞ

4

9

9

22

14. Tailand

4

3

-

7

15. Böyük Britaniya

4

1

5

10