12:42 28-08-2010
news_image
644
DİGƏR NÖVLƏR

Olimpiya yığmamız vətənə döndü

Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycan milli komandası vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, Asiyada 8 medal qazanmaqla dünyada 11-ci olan yığmamızı gətirən təyyarə təxminən 13:20-də Heydər Əliyev Beynəlxaıq hava limanına enib.

Yarışdan 5 qızıl və 3 gümüş medal gətirən olimpiyaçılarımıza təntənəli qarşılanma mərasimi keçirilib. Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər hava limanına toplaşaraq təmsilçilərimizi qarşılayıblar. Onların qarşısına ilk olaraq mükafatçılarımız çıxıblar. Təntənəli qarşılanma mərasiminin ardından idmançılar və onları müşayiət edənlər mərhum prezident Heydər Əliyevin abidəsi önünə yollanıblar.