19:00 28-08-2010
news_image
840
DİGƏR NÖVLƏR

Çingiz Hüseynzadənin proqnozu doğruldu

“Yeniyetmələrin ilk Olimpiya Oyunlarında çıxışımız gözəl alındı. 8 medal yığmamız üçün əla nəticədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O bildirib ki, idmançılarımız Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında proqnozlarını doğruldub: “Mən təxminən 6 medal proqnozlaşdırırdım. Amma səfərə yollanan idmançılarımız daha gözəl çıxış edərək 8 medal qazandılar. Bu münasibətlə hamını təbrik edirəm. Bu uğuru qoruyub saxlamalı və növbəti Olimpiadada minimum bu nəticəni qazanmaqdır”.

Qeyd edək ki, Sinqapur-2010-a 12 idmançı ilə yollanan Azərbaycan yığması 5 qızıl və 3 gümüş medalla 205 ölkə arasında 11-ci olub.